Qelebə.az / İngiltərəli məşhur futbolçu "Monako"ya keçir

İngiltərəli məşhur futbolçu "Monako"ya keçir

30-01-2025, 17:09

Niderlandın "Ayaks" klubunun futbolçusu Cordan Henderson karyerasını Fransa təmsilçisi "Monako"da davam etdirəcək.

"QELEBE.AZ"un məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Liqa 1-də çıxış edən komanda 34 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalayacaq. İngiltərəli oyunçunun sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulacaq.

Qeyd edək ki. "Liverpul"un sabiq kapitanı olan Henderson Mersisayd təmsilçisi ilə UEFA Çempionlar Liqasının və İngiltərə Premyer Liqasının qalibi olub.

Geri qayıt