Qelebə.az / Həvəskarlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib

Həvəskarlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib

1-02-2025, 18:58

“Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə həvəskar uşaqlar və yeniyetmələr arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.

"QELEBE.AZ"un Şimal bürosunun məlumatına görə, yarışda 50-yə yaxın idmançı mübarizə aparıb.

6-8 yaşlı oğlanlar

1. Dmitri Petrenko (Azərbaycan)
2. Loçlan Hoqq (İngiltərə)

6-8 yaşlı qızlar

1. Xanna Makkennel (İngiltərə)
2. Nurlana Abdulova (Azərbaycan)
3. Mariya Podqornaya (Azərbaycan)

9-12 yaşlı oğlanlar

1. Nurəddin Nəzürov (Azərbaycan)
2. Raul Mədətov (Azərbaycan)
3. Entoni Skalabre (Fransa)

9-12 yaşlı qızlar

1. Lea Makkennel (İngiltərə)
2. Əminə Əhmədova (Azərbaycan)
3. İren Cavadova (Azərbaycan)

13-17 yaşlı oğlanlar

1. Amin Şıxov (Azərbaycan)
2. Yusif Kiçikbəyov (Azərbaycan)
3. Panke Karl-Leo (Almaniya)

13-17 yaşlı qızlar

1. Nurel Hacıbəyli (Azərbaycan)
2. Liliya Podqornaya (Azərbaycan)
3. Zemfira Əlixanbəyova (Azərbaycan)

Qaliblər “Şahdağ” Turizm Mərkəzi tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Qeyd edək ki, xizək yarışı üzrə Heydər Əliyev Kubokunda fevralın 2-də böyüklər mübarizə aparacaq.

Geri qayıt