Qelebə.az / Azərbaycan atleti Balkan çempionatında ölkə rekordunu yeniləyib

Azərbaycan atleti Balkan çempionatında ölkə rekordunu yeniləyib

10-02-2025, 13:28

Azərbaycan atleti İsgəndər Əsgərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş U-20 Balkan çempionatında 800 metr məsafəyə qaçış üzrə ölkə rekordunu yeniləyib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İdmançı fevralın 8-də baş tutmuş yarışda 1:59.72 dəqiqə nəticə ilə U-18 yaş kateqoriyasında bu növ üzrə Azərbaycan rekordunu yeniləyib.

Federasiyadan rekordun təsdiqlənmə prosesində olduğu bildirilib.

Geri qayıt