Qelebə.az / Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura yekun vurulub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura yekun vurulub

13-02-2025, 18:01

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, sonuncu matçda "Azərreyl" "Murov Az Terminal"a 3:0 hesabı ilə qalib gəlib.

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.

Qeyd edək ki, ötən gün MOİK "Gənclər"i 3:1, "Xilasedici" "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.

Geri qayıt