Qelebə.az / Azərbaycanın kiçik yeniyetmə taekvondoçuları “Fujairah Open”də 2 medal qazanıblar

Azərbaycanın kiçik yeniyetmə taekvondoçuları “Fujairah Open”də 2 medal qazanıblar

15-02-2025, 12:59

Azərbaycan kiçik yeniyetmə taekvondoçuları Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan “Fujairah Open” beynəlxalq turnirində 2 medal qazanıblar.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

BƏƏ-nin Əl-Fücayra şəhərində keçirilən yarışda “Mübariz” taekvondo klubunun təmsilçisi Malikəjdər Qalabəyov (36 kq) gümüş, “Asiman”ın yetirməsi Fateh Sultanlı (40 kq) isə bürünc medal əldə edib.

Geri qayıt