Qelebə.az / “Dakar” rallisinin dördqat qalibinin ayağı amputasiya ediləcək

“Dakar” rallisinin dördqat qalibinin ayağı amputasiya ediləcək

16-02-2025, 22:52

Yol qəzasında aldığı zədə səbəbindən “Dakar” rallisinin dördqat qalibi, fransız Matye Bomelin ayağı amputasiya ediləcək.

“Report” xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

Yanvarın 28-də Monte-Karlo rallisi zamanı Bomel avtomobildə yaranan nasazlığı düzəltmək üçün yolun kənarında dayanıb. Bu zaman digər avtomobil onu vurub.

Qeyd edək ki, 49 yaşlı Bomel 2015, 2019, 2022 və 2023-cü illərdə “Dakar” rallisinin qalibi olub. O, qətərli Nasser əl-Attiyahın şturmanı olub.

Geri qayıt