Qelebə.az / "Mançester Siti"nin yayda transfer etmək istədiyi üç futbolçu açıqlanıb

"Mançester Siti"nin yayda transfer etmək istədiyi üç futbolçu açıqlanıb

18-02-2025, 13:47

İngiltərənin "Mançester Siti" klubu yay transfer dönəmində üç futbolçu transfer etməyi planlaşdırır.

"Report" "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər"in maraqlandığı oyunçular İspaniyada çıxış edirlər.

Bunlar "Espanyol"un qapıçısı Xuan Qarsiya, "Real"ın vingeri Rodriqo və "Vilyarreal"dan Aleks Baenadır.

Qeyd edək ki, "Mançester Siti" hazırda İngiltərə Premyer Liqasında 44 xalla 4-cü pillədə qərarlaşıb.

Geri qayıt