Qelebə.az / Mourinyodan “Qalatasaray”a əks həmlə

Mourinyodan “Qalatasaray”a əks həmlə

25-02-2025, 16:40

Daha əvvəl xəbər verdiyimiz kimi, Türkiyə Super Liqası təmsilçilərindən “Qalatasaray”, “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonu məhkəməyə verəcəyini açıqlamışdı. 

QELEBE.AZ xəbər verir ki, portuqaliyalı çalışdırıcı əks həmlə edərək, “sarı-qırmızılılar”ı ittihamlara görə məhkəməyə verməyə hazırlaşır.

Baş məşqçi artıq şəxsi vəkilləri ilə bu məsələ haqqında görüş keçirib.

Qeyd edək ki, ötən gün baş tutan derbidə “Fənərbaxça” səfərdə “Qalatasaray”la qolsuz heç-heçəyə razı olmuşdu.

Geri qayıt