FIFA Türkiyənin "Adana Demirspor" klubunu növbəti dəfə cəzalandırıb.
QELEBE.AZ xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Adana təmsilçisinin daha 6 xalı silinib.
Qurum daha öncə klubun 3 xalını silmişdi.
Qeyd edək ki, Super Liqanın sonuncu pilləsində qərarlaşan komandanın xalı -3-ə düşüb.