Qelebə.az / Joze Mourinyo və Okan Buruk cəzalandırılıb

Joze Mourinyo və Okan Buruk cəzalandırılıb

28-02-2025, 00:06

Bu gün PFDK-nın iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda "Qalatasaray" - "Fənərbaxça" matçı (0:0) ilə bağlı qərarlar verilib.

Qurum Okan Buruk və Joze Mourinyonu cəzalandırıb.

Türkiyəli mütəxəssis 1, portuqaliyalı çalışdırıcı isə 4 matçı buraxmalı olacaq.

Mourinyo bu gün "Qaziantep"lə oyunda komandasının yanında ola bilməyib. O, həmçinin "Antalyaspor", "Samsunspor" və "Bodrumspor" görüşlərində iştirak edə bilməyəcək.

Buruk isə "Kasımpaşa" ilə qarşılaşmanı buraxmalı olacaq.

Geri qayıt