Qelebə.az / "Mançester Yunayted"in sabiq məşqçisi millini çalışdıracaq

"Mançester Yunayted"in sabiq məşqçisi millini çalışdıracaq

4-03-2025, 10:54

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq məşqçisi Benni Makkarti Keniya millisini çalışdıracaq.

“Report” xəbər verir ki, bu barədə Keniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Cənubi Afrika yığmasının sabiq futbolçusu 2022–2024-cü illərdə “Mançester Yunayted”də Erik ten Haqın köməkçisi olub.

Geri qayıt