Qelebə.az / AFFA-nı təşkil etdiyi D kateqoriyalı məşqçi kurslarına yekun vurulub

AFFA-nı təşkil etdiyi D kateqoriyalı məşqçi kurslarına yekun vurulub

4-03-2025, 10:47

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

"QELEBE.AZ" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində keçirilən kurs 3 gün davam edib.

Kursun son günündə iştirakçılara müvafiq lisenziyalar təqdim edilib. Lisenziyaları Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə təqdim ediblər.

Geri qayıt