Qelebə.az / "Bavariya" cari mövsümün sonunda fransalı futbolçusu ilə vidalaşacaq

"Bavariya" cari mövsümün sonunda fransalı futbolçusu ilə vidalaşacaq

4-03-2025, 15:57

Almaniya təmsilçisi "Bavariya"nın futbolçusu Saşa Boe cari mövsümün sonunda komandadan göndəriləcək.

"Report" "Sky"a istinadən xəbər verir ki, məşqçilər korpusu 24 yaşlı müdafiəçinin xidmətində maraqlı deyil.

Onun müqaviləsinin müddəti 2028-ci ilə kimi nəzərdə tutulsa da, sözləşməsinə xitam verilə bilər.

Qeyd edək ki, fransalı futbolçu cari mövsüm münhenlilərin heyətində 13 oyuna çıxıb. S.Boe 2021-2024-cü illər aralığında Türkiyənin "Qalatasaray" klubunda forma geyinib.

Geri qayıt