Qelebə.az / “Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

4-09-2022, 02:30

Romadakı "Olimpiko" stadionunda yerli "Latsio" futbol üzrə İtaliya A Seriyasının V turunda "Napoli" ilə qarşılaşıb.

"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Napoli” 11 xal toplayaraq A Seriyasının turnir cədvəlində 1-ci pilləyə yüksəlib. “Milan” da eyni xala malikdir, lakin cari İtaliya çempionatında əlavə göstəriciləri aşağıdır.

“Latsio” 8 xalla 7-ci pillədə qərarlaşıb.

Geri qayıt