Qelebə.az / DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

26-11-2022, 21:57

Bu gün DÇ-2022-nin D qrupunda II tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, qrupun son qarşılaşmasında Fransa ilə Danimarka görüşüb.

Çempionatın favoritlərindən olan Didye Deşamın yetirmələri 1/8 finala vəsiqəni öncədən təmin edə bilib. İlk turda Avstraliyanı 4:1 hesabı ilə üstələyən son dünya çempionu mundialın heç də zəif sayılmayan komandası Danimarka ilə çətin sınaqda olub.

Qeyd edək ki, D qrupunda son oyunlar noyabrın 30-da keçiriləcək. Həmin gün Danimarka Avstraliya ilə, Fransa Tunislə üz-üzə gələcək.

DÇ-2022, qrup mərhələsi
26 noyabr, II tur
D qrupu
20:00. Fransa - Danimarka 2:1

Qollar: Kilian Mbappe, 61, Andreas Kristensen, 68, Kilian Mbappe, 86.

Geri qayıt