Qelebə.az / Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına qoşulmaq istəyir

Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına qoşulmaq istəyir

27-11-2022, 21:20

Rusiya Futbol İttifaqı Asiya Konfederasiyasına keçid məsələsini İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə edəcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə İttifaqın rəhbəri Aleksandr Dyukov bildirib.

Qeyd edək ki, Rusiya komandalarına tətbiq edilən sanksiyalardan sonra Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına daxil olmağı planlaşdırır.

Asiya Futbol Konfederasiyası Asiya Çempionlar Liqası və Asiya Çempionatından ibarətdir.

Geri qayıt