Qelebə.az / "Kəpəz"in futbolçusu Tacikistan millisinə çağırılıb

"Kəpəz"in futbolçusu Tacikistan millisinə çağırılıb

11-03-2025, 12:42

"Kəpəz"in futbolçusu Tacikistan millisinə dəvət alıb.

QELEBE.AZ xəbər verir ki, komandanın üzvü Şervoni Mabatşoev milliyə çağırılıb.

Yarımmüdafiəçi qarşıdakı iki oyun üçün Tacikistan yığmasına cəlb olunub.

Tacikistan milli komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək. Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə oyunları çərçivəsində Timor-Leste ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki görüş Düşənbədə keçiriləcək.

Geri qayıt