Qelebə.az / Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi müəyyənləşib

Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi müəyyənləşib

11-03-2025, 21:05

Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi bəlli olub.

"Report" xəbər verir ki, bürünc medallar uğrunda oyunda “Aznur” və “Galaxy” komandaları üz-üzə gəlib.

Bakı Tennis Akademiyasında baş tutan görüşdə hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha dəqiq olan (3:1) "Aznur" üçüncü yeri tutub.

Qeyd edək ki, finalda "Zirə" ilə "Birbaşa Bakı" üz-üzə gələcək.


FOTO: Məhəmməd Ağayev

Geri qayıt