Qelebə.az / “Neftçi”nin üzvü Monteneqro millisinə dəvət alıb

“Neftçi”nin üzvü Monteneqro millisinə dəvət alıb

12-03-2025, 18:39

"Neftçi"nin futbolçusu Edvin Kuç Monteneqro milli komandasına dəvət alıb. 

QELEBE.AZ xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi martın 22-də Cəbəllütariq, 25-də isə Farer adaları yığması ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırılıb.

Qeyd edək ki, Kuç Monteneqro millisində 11 oyunda meydana çıxıb, 3 qol vurub.

Geri qayıt