Qelebə.az / Cüdoçumuz Almaniyada qızıl medal qazanıb

Cüdoçumuz Almaniyada qızıl medal qazanıb

23-03-2025, 19:43

Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kuboku keçirilib.

QELEBE.AZ xəbər verir ki, 48 kq-da mübarizə aparan Azərbaycan cüdoçusu Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.

Geri qayıt