Qelebə.az / Azərbaycan millisinin üzvü finalda

Azərbaycan millisinin üzvü finalda

24-03-2025, 16:51

Azərbaycan millisinin voleybolçusu Aleksandr Melnikov daha bir uğura imza atıb.

QELEBE.AZ xəbər verir ki, o, “Korona Braşov”un heyətində Rumıniya çempionatının finalına yüksəlib.

Onun çıxış etdiyi komanda “Krayova”nı 3:1 hesabı ilə məğlub edib.

Həmin qarşılaşmada Melnikov 21 xal toplayıb. Bununla da, yığmanın üzvü bombardir olub.

Qeyd edək ki, "Korona Braşov" həlledici dueldə Buxarest “Dinamo”su ilə qarşılaşacaq.

Geri qayıt