Qelebə.az / ABL: Müntəzəm mövsümün son turuna start veriləcək

ABL: Müntəzəm mövsümün son turuna start veriləcək

1-04-2025, 13:03

 

Bu gün basketbol üzrə Azərbaycan çempionatında müntəzəm mövsümün sonuncu turuna start veriləcək.

Apasport.az xəbər verir ki, XX turun açılış oyunu B qrupuna təsadüf edəcək. Lider “Şəki” səfərdə “Lənkəran”la qarşılaşacaq.

Lənkəran Olimpiya İdman Kompleksində reallaşacaq matç saat 14:00-da başlayacaq.

Hazırda “Şəki”nin aktivində 34 xal var. Meydan sahibləri isə 22 xalla sonuncu – 6-cı pillədə qərarlaşıb.

Geri qayıt