Qelebə.az / Millimiz Avropa çempionatına hazırlaşır

Millimiz Avropa çempionatına hazırlaşır

3-04-2025, 17:32

Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandası Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək Avropa çempionatı üçün hazırlıqlarını davam etdirir.

Apasport.az xəbər verir ki, Bakıda keçirilən təlim-məşq toplanışında turnirə yollanacaq cüdoçular və millinin digər üzvləri iştirak ediblər.

Həmçinin toplanışa İtaliya və Qazaxıstan cüdoçuları da qatılıblar.

Yığma hazırlığın növbəti mərhələsinə aprelin 7-dən 12-dək Macarıstanın Tata şəhərində start verəcək.

Qeyd edək ki, millimiz bu turnirdə Avropa çempionatları tarixində ilk dəfə böyüklər arasında qarışıq komanda yarışında da iştirak edəcək.

Geri qayıt