Qelebə.az / PSJ çempionatın bitməsinə 6 həftə qalmış Fransa çempionu olub

PSJ çempionatın bitməsinə 6 həftə qalmış Fransa çempionu olub

5-04-2025, 21:21

Fransa Liqa 1-də bu mövsümün qalibi müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, PSJ çempionatın yekunlaşmasına 6 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Paris təmsilçisi liqanın XXVIII turu çərçivəsində öz meydanında "Anje"yə 1:0 hesabı ilə qalib gəlib.

PSJ tarixində 13-cü dəfə Fransa çempionu titulunu qazanıb. Parislilər ardıcıl 4-cü dəfə bu uğura nail olublar.

Fransa Liqa 1
XXVIII tur

19:00. PSJ - "Anje" - 1:0

Geri qayıt