Qelebə.az / "Roma"nın məğlubiyyətsizlik seriyası 15-ə çatıb - 9 il sonra ilk dəfə

"Roma"nın məğlubiyyətsizlik seriyası 15-ə çatıb - 9 il sonra ilk dəfə

7-04-2025, 10:39

İtaliya A Seriyasında XXXI turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, “Roma” evdə "Yuventus"la heç-heçə edib - 1:1.

Roma klubunun 7 matçlıq qələbə seriyası başa çatıb. Lakin 9 ildən sonra ilk dəfədir ki, "Roma" ardıcıl 15 matçdır məğlub olmur. 

Romalılar sonuncu dəfə 2016-cı ilin ilk yarısında bunu bacarmışdılar.

Qeyd edək ki, “Roma” hazırda A Seriyasında 7-ci yerdədir. 

Geri qayıt