Qelebə.az / "Barselona"nın futbolçuları zədəsini sağaldan oyunçunun start heyətində yer almasını istəmirlər

"Barselona"nın futbolçuları zədəsini sağaldan oyunçunun start heyətində yer almasını istəmirlər

9-04-2025, 12:35

İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski və bir neçə komanda yoldaşı zədəsini yeni sağaldan Mark-Andre ter Ştegenin əsas heyətdə yer almasını istəmirlər.

"Report" "El Nacional"a istinadən xəbər verir ki, onlar bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flikə müraciət də ünvanlayıblar.

Oyunçular polşalı qolkiper Voytsex Şensnının inamlı təsir bağışladığını və mövsümün sonunadək ona şans verilməsini xahiş ediblər.

Qeyd edək ki, Mark-Andre ter Ştegen mövsümün əvvəlində sıradan çıxıb.

Geri qayıt