Qelebə.az / "Barselona" hücumçusu ilə yollarını ayıra bilər

"Barselona" hücumçusu ilə yollarını ayıra bilər

9-04-2025, 18:42

İspaniyanın "Barselona" klubu hücumçusu Ansi Fati ilə yollarını ayıra bilər.

"QELEBE.AZ" "TodoFichajes" portalına istinadən xəbər verir ki, cari mövsüm kataloniyalıların heyətində az-az meydana çıxan 22 yaşlı oyunçunun xidmətində La Liqa təmsilçisi "Jirona" maraqlıdır.

"Qırmızı-ağlar" forvardı uzunmüddətli icarəyə götürməyi planlaşdırırlar.

Qeyd edək ki, "transfermarkt" portalı Fatinin dəyərini 5 milyon avro qiymətləndirir.

Geri qayıt