Qelebə.az / UEFA Avropa Liqasının 1/4 finalı: Dörd oyundan üçü bərabərliklə bitib

UEFA Avropa Liqasının 1/4 finalı: Dörd oyundan üçü bərabərliklə bitib

11-04-2025, 01:36

UEFA Avropa Liqasında bu gün 1/4 final mərhələsinə start verilib.

“Report” xəbər verir ki, “Tottenhem” evdə “Ayntraxt”la üz-üzə gəlib.

“Mançester Yunayted” səfərdə “Lion”un qonağı olub. “Latsio” Norveçdə “Budyo Qlimt”lə, “Atletik” isə səfərdə “Reyncers”lə qarşılaşıb.

UEFA Avropa Liqası

1/4 final, ilk oyunlar

“Budyo Qlimt” (Norveç) - “Latsio” (İtaliya) - 2:0

“Tottenhem” (İngiltərə) - “Ayntraxt” (Almaniya) - 1:1

“Lion” (Fransa) - “Mançester Yunayted” (İngiltərə) - 2:2

“Reyncers” (Şotlandiya) - “Atletik” (İspaniya) - 0:0

Qeyd edək ki, UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 17-də keçiriləcək.

Geri qayıt