Qelebə.az / "Nyukasl" 94 ildə ilk dəfə liqada "Mançester Yunayted"i iki dəfə məğlub edib

"Nyukasl" 94 ildə ilk dəfə liqada "Mançester Yunayted"i iki dəfə məğlub edib

14-04-2025, 08:17

İngiltərə Premyer Liqasının 32-ci turunda "Mançester Yunayted" "Nyukasl"la matçda ağır məğlubiyyətlə üzləşib - 1:4.

Apasport.az "Squawka" nəşrinə istinadla xəbər verir ki, "Nyukasl" 94 ildə ilk dəfə bir liqada "Mançester Yunayted"ə qarşı hər iki oyunda qalib gəlib.

Xatırladaq ki, dekabrın 30-da “Old Trafford”da keçirilən ilk matçda Eddi Hounun komandası 2:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, "Nyukasl" 56 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 38 xalı olan "Yunayted" isə 14-cü sıradadır. 
 

Geri qayıt