Qelebə.az / Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində Xorvatiyaya məğlub olub

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində Xorvatiyaya məğlub olub

15-04-2025, 21:46

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.

“QELEBE.AZ”un məlumatına görə, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Bakı İdman Sarayında baş tutan görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.

Yığmanın yeganə qolunu Oktay Rüstəmli (22) vurub.

Qeyd edək ki, millinin yer aldığı V qrupu Xorvatiya 18 xalla lider tamamlayıb. Yunanıstan 7 xalla ikinci, eyni xala malik İsveç üçüncü, Azərbaycan 2 xalla sonuncu olub.

Geri qayıt