Qelebə.az / Azərbaycan millisinin Rusiya klubuna qarşı Bakıda keçirəcəyi 3 oyunun tarixi müəyyənləşib

Azərbaycan millisinin Rusiya klubuna qarşı Bakıda keçirəcəyi 3 oyunun tarixi müəyyənləşib

22-04-2025, 12:28

Azərbaycanın çimərlik futbolu millisinin Rusiyanın “Krasnodar” klubu ilə keçirəcəyi yoldaşlıq görüşlərinin tarixləri bəlli olub.

Bu barədə “QELEBE.AZ”a yığmanın baş məşqçisi Sahib Məmmədov məlumat verib.

Mütəxəssis Avropa çempionatının I seçmə mərhələsində iştirak etmək üçün İspaniyaya yollanmamışdan əvvəl Rusiya təmsilçisi ilə Bakıda üç oyun keçirəcəklərini söyləyib:

“Həftədə 5 gün məşqlərimiz olur. Rusiyanın “Krasnodar” klubu Bakıya gələcək. Bu komanda ilə mayın 12-si, 14-ü və 16-da yoldaşlıq görüşləri keçirməyi planlaşdırmışıq. Mayın 19-da isə Avropa çempionatının I seçmə mərhələsinin oyunlarında iştirak etmək üçün İspaniyaya yollanacağıq”.

Qeyd edək ki, milli Avropa çempionatının I seçmə mərhələsinin A qrupunda Litva, İngiltərə və Belçika ilə mübarizə aparacaq. Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Mariya şəhərində keçiriləcək.

Geri qayıt