Qelebə.az / AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Zirə"nin şikayətini qismən təmin edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Zirə"nin şikayətini qismən təmin edib

22-04-2025, 15:40

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Zirə" klubunun U-17 komandasının futbolçusu Qurban Cəlilovla bağlı şikayətini qismət təmin edib.

"QELEBE.AZ" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 12-də "Qarabağ"la qarşılaşmada rəqibi təhqir edən futbolçunun 3 matçlıq cəzasının ikisi şərti olaraq dəyişdirilib.

Qurban Cəlilova 3 aylıq sınaq müddəti təyin edilib.

Geri qayıt