Qelebə.az / Əvəzedicilər Liqasında çıxış edən iki klubun futbolçuları diskvalifikasiya olunub

Əvəzedicilər Liqasında çıxış edən iki klubun futbolçuları diskvalifikasiya olunub

23-04-2025, 13:53

Əvəzedicilər Liqasında çıxış edən iki klubun futbolçuları diskvalifikasiya olunub.

“Report” xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

XXXI turun “Sabah-2” - “Səbail-2” matçı bitdikdən sonra meydan sahibi komandanın futbolçusu Əli Abbasov rəqibin ünvanına qıcıqlandırıcı və qeyri-etik hərəkət etdiyinə görə 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Səbail-2”nin futbolçusu Bəhram Köçərli isə hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçusunun hərəkətinə görə “Səbail-2” 300 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Həmçinin “Sabah-2” Əsasnamənin tələbini pozduğuna görə daha 50 manat cərimələnib.

Geri qayıt