Qelebə.az / Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatında qarışıq komanda yarışlarındakı rəqibi müəyyənləşib

Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatında qarışıq komanda yarışlarındakı rəqibi müəyyənləşib

23-04-2025, 18:19

Azərbaycan millisinin Monteneqroda keçirilən cüdo üzrə Avropa çempionatında qarışıq komanda yarışlarındakı rəqibi müəyyənləşib.

"QELEBE.AZ" xəbər verir ki, yığma 1/8 finalda Gürcüstanla qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl püşkatma mərasimi reallaşsa da, yarış təlimatlarının pozulması səbəbindən mərasim təkrarlanıb.

Qarışıq komanda yarışları aprelin 27-də keçiriləcək.

Geri qayıt