Qelebə.az / “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək

“Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək

24-04-2025, 16:24

Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı aprelin 29-u Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, saat 14:00-dan etibarən başlayacaq paradda komandaların sıra ilə keçidi və təqdimatı baş tutacaq.

Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək. 

Qeyd edək ki, əraziyə giriş sərbəstdir. 

 

Geri qayıt