Qelebə.az / Yığmamızdan inamlı qələbə

Yığmamızdan inamlı qələbə

24-04-2025, 20:03

Azərbaycanın minifutbol yığması növbəti matçını keçirib. 

QELEBE.AZ xəbər verir ki, komandamız Monteneqroda baş tutan Millətlər Liqası turnirində Bosniya və Herseqovina ilə qarşılaşıb.

Görüş seçməmizin 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu, Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin turnirdəki ilk oyunu olub.

Geri qayıt