Qelebə.az / "El-klassiko"nun ən yaxşısı bəlli olub

"El-klassiko"nun ən yaxşısı bəlli olub

27-04-2025, 09:33

İspaniya Kubokunun finalında "Barselona" "Real"ı (3:2) məğlub edib.

Apasport.az ESPN-ə istinadla xəbər verir ki, "Barsa"nın hücumçusu Ferran Torres matçın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

İspaniyalı əsas vaxtda qol vuraraq “Barsa”nı məğlubiyyətdən xilas edib. 116-cı dəqiqədə Jules Kunde üçüncü qolu vuraraq katalonlara qələbə qazandırıb.

Ferran Torres 115-ci dəqiqədə əvəzlənib.

25 yaşlı forvard 6 qolla "Atletiko Madrid"dən Julian Alvarez və "Real Madrid"dən Endriki (hər birində 5) qabaqlayaraq başa çatan İspaniya Kubokunun bombardiri olub.

Geri qayıt