Qelebə.az / "Çempionların savaşı": Rauf Məmmədov və Günay Məmmədzadə qalib olub

"Çempionların savaşı": Rauf Məmmədov və Günay Məmmədzadə qalib olub

30-04-2025, 19:10

Bakıda keçirilən şahmat üzrə “Çempionların savaşı” turniri başa çatıb.

"Report"un məlumatına görə, rapid və blits oyunlarınıb nəticəsinə əsasən Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovu (Özbəkistan) 12:10 hesabı ilə üstələyib.

Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanovaya (Bolqarıstan) eyni hesabla qalib gəlib.

FOTO: Məhəmməd Ağayev

Geri qayıt