Qelebə.az / KL: “Çelsi” və “Betis” finalın bir addımlığında - YENİLƏNİB

KL: “Çelsi” və “Betis” finalın bir addımlığında - YENİLƏNİB

1-05-2025, 10:38

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, ilk oyunlar çərçivəsində iki görüş baş tutub.

“Betis” öz meydanında “Fiorentina”nı qəbul edib. Gərgin keçən qarşılaşmada ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Musa Qurbanlının sabiq komandası “Yurqorden” isə “Çelsi”ni sınağa çəkib. İngiltərə təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın etməyi bacarıb.

Qeyd edək ki, tərəflər arasında cavab oyunları mayın 8-də keçiriləcək.

Konfrans Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
1 may

23:00. “Betis” – “Fiorentina” 2:1
23:00. “Yurqorden” – “Çelsi” 1:4

Geri qayıt