Qelebə.az / Premyer Liqa: "Turan Tovuz"a qalib gələn "Zirə" gümüş medalları təmin edib

Premyer Liqa: "Turan Tovuz"a qalib gələn "Zirə" gümüş medalları təmin edib

2-05-2025, 21:55

Futbol üzrə Misli Premyer Liqasının XXXIII turuna bu gün start verilib.

"Report"un məlumatına görə, "Zirə" açılış oyununda "Turan Tovuz"a qalib gəlməklə (1:0) gümüş medalları təmin edib.

Hesabı 48-ci dəqiqədə Salifu Suma açıb. 59-cu dəqiqədə Qismət Alıyev birbaşa qırmızı vərəqə ilə meydandan qovulsa da, "Zirə" qələbə hesabını sonadək qoruyub.

Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Rəşad Sadıqovun komandası xallarının sayını 67-yə çatdırıb.
Tovuz təmsilçisi 49 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, XXXIII tura mayın 4-də yekun vurulacaq.

Geri qayıt