Qelebə.az / Azərbaycan taekvondoçuları Bolqarıstanda "Prezident Kuboku"nda iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Bolqarıstanda "Prezident Kuboku"nda iştirak edəcəklər

4-05-2025, 15:03

Azərbaycan taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək "Prezident Kuboku"nda iştirak edəcəklər.

"QELEBE.AZ" federasiyasnın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə milli Türkiyə yığması ilə birlikdə təlim-məşq toplanışında iştirak etmək üçün Çanaqqala şəhərinə yollanıb.

Qardaş ölkədə baş tutacaq hazırlıq prosesindən sonra taekvondoçular mayın 16-da Bolqarıstana gedəcəklər.

İdmançılara böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalova rəhbərlik edəcəklər.

Qeyd edək ki, mayın 16-da startı veriləcək yarışda ölkəmizi 15 idmançı (11 kişi, 4 qadın) təmsil edəcək.

Geri qayıt