Qelebə.az / Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci matçında da "Neftçi"ni məğlub edib

Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci matçında da "Neftçi"ni məğlub edib

4-05-2025, 16:07

Azərbaycan Basketbol Liqasının final seriyasının ikinci matçında da "Sabah" “Neftçi”ni məğlub edib.

"Report"un məlumatına görə, Bakı İdman Sarayında baş tutan görüş Rimas Kurtinaytisin rəhbərlik etdiyi komandanın 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Final seriyasının ilk matçında da "Sabah" "Neftçi"ni üstələmişdi - 94:89.

Qeyd edək ki, final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq. Növbəti iki matçın 6 və 8 mayda təşkili planlaşdırılır.

Geri qayıt