"Fulhem"in baş məşqçisi Marko Silva "Əl-Hilal"dan təklif alıb.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Marko Silvanı komandaya cəlb edəcək.
İddialara görə, artıq tərəflər arasında danışıqlar gedir.
Marko Silva 2021-ci ilin yayından “Fulhem”i çalışdırır.
Qeyd edək ki, mayın əvvəlində Jorje Jesus Səudiyyə Ərəbistanı komandasının rəhbəri vəzifəsini tərk edib.