Qelebə.az / İtaliya A Seriyası klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb

İtaliya A Seriyası klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb

7-05-2025, 18:32

İtaliya təmsilçisi "Fiorentina" baş məşqçisi Raffaele Palladino ilə müqavilə müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, R. Palladino ötən ildən "bənövşəyilər"i çalışdırır. Onun rəhbərliyi altında "Fiorentina" A seriyasında 35 oyunda 59 xal toplayaraq səkkizinci yerdə qərarlaşıb.

Geri qayıt