Qelebə.az / “Fənərbaxça” Mert Hakan Yandaşın ayağının kəsilmə riski barədə iddialara dair açıqlama yayıb

“Fənərbaxça” Mert Hakan Yandaşın ayağının kəsilmə riski barədə iddialara dair açıqlama yayıb

13-05-2025, 00:19

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” bəyanat yayıb.

Apasport.az xəbər verir ki, klub tərəfindən bu gün komandanın üzvü Mert Hakan Yandaşla bağlı yayılan bir sıra xəbərlər təkzib olunub.

“Sarı-lacivərdlilər” yarımmüdafiəçinin uğurlu əməliyyat keçirdiyini, haqqında çıxan xəbərlərin yalan olduğunu və yaxın zamanda evə buraxılacağını açıqlayıb.

Qeyd edək ki, daha əvvəl “Oda TV” futbolçunun vəziyyətinin yaxşı olmadığını, infeksiyanın get-gedə yayıldığını, hətta ayağının kəsilmə riski olduğunu bildirmişdi.

Geri qayıt