Qelebə.az / Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanda 3 medal qazanıblar

Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanda 3 medal qazanıblar

16-05-2025, 23:35

Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən G3 kateqoriyalı "Prezident Kuboku"nda 3 medal qazanıblar.

Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, Elcan Əliyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yunis Hüseynov və Fuad Məhərrəmli isə bürünc medallara sahib çıxıblar.

Geri qayıt