Qelebə.az / “Neftçi” Emin Mahmudovla yeni müqavilə ilə bağlı ilkin razılığa gəlib

“Neftçi” Emin Mahmudovla yeni müqavilə ilə bağlı ilkin razılığa gəlib

16-12-2022, 11:29

“Neftçi” futbolçusu Emin Mahmudova yeni müqavilə təklif edib.

“QELEBE.AZ”un əldə etdiyi məlumata görə, Bakı klubu kapitanı ilə danışıqlara start verib.

“Ağ-qaralar” 30 yaşlı yarımmüdafiəçinin mövsümün sonuna qədər olan sözləşməsini daha 3 illik uzatmaq niyyətindədirlər. Bir neçə xarici klubun diqqət mərkəzində olmasına baxmayaraq, Mahmudov özü də hazırkı komandasında qalmaqda maraqlıdır.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”nin formasını geyinir. O, cari mövsüm Premyer Liqada keçirdiyi 17 oyunda 10 qola imza atıb.

Geri qayıt