Qelebə.az / "Barselona" bu il La Liqada ilk dəfə məğlub olub

"Barselona" bu il La Liqada ilk dəfə məğlub olub

19-05-2025, 08:04

La Liqanın 37-ci turunda "Barselona" doğma meydanda "Vilyareal"a 2:3 hesabı ilə uduzub.

QELEBE.AZ xəbər verir ki, bu, 2025-ci ildə İspaniya çempionatında Kataloniya klubunun ilk məğlubiyyəti olub. 

"Vilyareal" "Barsa"nın 17 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyub.

Xatırladaq ki, “mavi qranatlar” La Liqa bitmədən ölkə çempionu olub.

Mövsümün son matçında "Barselona"nın rəqibi "Atletik Bilbao" olacaq.
 

Geri qayıt