Qelebə.az / Mahir Emreli II Bundesliqada həftənin rəmzi komandasına düşüb

Mahir Emreli II Bundesliqada həftənin rəmzi komandasına düşüb

19-05-2025, 11:43

"Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqa XXXIV turun rəmzi komandasına düşüb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu 3-4-3 sxeminə əsasən tərtib olunan "11-lik"də hücumun mərkəzində yer alıb.

O, Ayntraxt" (Braunşveyq) komandasına 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.

Qeyd edək ki, mövsümün əvvəlində II Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, "Nürnberq"in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb.

Geri qayıt