Qelebə.az / “Bahar turniri”nə start verilib - FOTO

“Bahar turniri”nə start verilib - FOTO

19-05-2025, 18:24

AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətlilər arasında futzal üzrə “Bahar turniri”nə start verilib.

Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən açılış mərasimindən sonra 3 oyun keçirilib.

Turnirin ilk günündə qeydə alınan nəticələr:

Bakı – Azəri – 1:6
Zirvə - Şimşək – 3:3
Azəri – Ümid – 1:3


Qeyd edək ki, “Bahar turniri”nə mayın 21-də yekun vurulacaq.

Geri qayıt